Logo

"Oskar" mərasimində 30 ildən sonra yenə İLK

"Oskar" mərasimində 30 ildən sonra yenə İLK
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fevralın 24-də baş tutacaq "Oskar" mükafatının təqdimetmə mərasimi aparıcısız keçiriləcək.

Bunu ABC telekanalının əyləncəli verilişlər departamentinin direktoru ABC Keri Berk deyib.

Onun sözlərinə görə, prodüserlər qərara gəliblər ki, mükafatları dəvət olunmuş məşhurlar təqdim etsin. Keri Berk bildirib ki, bu ideya həm Amerika Kinoakademiyası, həm də mərasimin yayımlanacağı telekanal tərəfindən dəstəklənib.

Berk eyni zamanda bildirib ki, "bu, mərasimi 3 saata qədər azaltmağın ən yaxşı üsuludur".

"Reuters" xəbər verir ki, "Oskar"ın təqdimetmə mərasimi yalnız 1989-cu ildə aparıcısız keçirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR