Logo

19 Avropa ölkəsi Quaydonu müvəqqəti prezidenti kimi tanıdı

19 Avropa ölkəsi Quaydonu müvəqqəti prezidenti kimi tanıdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropanın 19 ölkəsi Venesuela Milli Məclisinin başçısı Xuan Quaydonu bu ölkənin müvəqqəti prezidenti kimi tanıdığını təsdiq edən birgə bəyanat qəbul edib.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, bəyanatı İspaniya, Portuqaliya, Almaniya, Böyük Britaniya, Danimarka, Niderland, Fransa, Macarıstan, Avstriya, Finlandiya, Belçika, Lüksemburq, Çexiya, Latviya, Litva, Estoniya, Polşa, İsveç və Xorvatiya imzalayıb.

Daha əvvəl bildirilib ki, İtaliya Avropa İttifaqının (Aİ) Venesuela parlamentinin sədri Xuan Quaydonun ölkənin müvəqqəti prezidenti kimi tanınması ilə bağlı bəyanatını bloklayıb. 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR