Paşinyan bizi aldadır deyən, ermənilər nədən qorxur?

Paşinyan bizi aldadır deyən, ermənilər nədən qorxur?
Aram Amatuni

"1in.am”, Ermənistan, 01 fevral 2019-cu il

Baş nazir Nikol Paşinyan Kölndə erməni icması ilə keçirdiyi görüşdə Arsax (Dağlıq Qarabağ nəzərdə tutulur – red.) məsələsinə toxunaraq, bu məsələdə hər bir erməninin daşıdığı məsuliyyət haqqında danışıb. Nikol Paşinyan qeyd edib ki, bu məsələyə görə, təbii, ilk növbədə hökumət və Baş nazir məsuliyyət daşıyır. Lakin onlar bu məsuliyyəti o halda daşıya bilərlər ki, hər bir erməni şəxsi məsuliyyət daşısın.

O deyib: "Vəzifə aydındır. Həqiqətən, bizim Arsax probleminin həlli ilə bağlı ümummilli təsəvvürümüz varmı? Bu təsəvvür bizim kollektiv düşüncəmizdədir. Lakin bizim hər birimiz çox aydın təsəvvür etməliyik ki, bu təsəvvürün reallaşdırılması hər birimizin üzərinə şəxsi məsuliyyət qoyur. Bu məsələdə bizim statusumuz nədir? Biz hökuməti tənqid edən, ruhdan salan və ya ilhamlandıran səssiz müşahidəçilərik, yoxsa biz "üzərimizə böyük və ya kiçikliyindən asılı olmayaraq, məsuliyyət götürməyə hazırıq” deyirik?”

Bu, həqiqətən, keçmişdə toxunulmamış, erməni siyasətində Arsax məsələsilə bağlı həlledici çatışmazlıqlardan biri olan ən mühüm vəzifədir. Bizdə durum necədir? Ümumxalq hərəkatı olub, o, hərbi çağırışlara paralel olaraq hərbi münaqişəyə, yalnız müharibə, qələbə mərhələlərindən sonra da siyasi və ya diplomatik mərhələyə keçib, ümumxalq amili tədricən sıxışdırılaraq ikinci plana keçirilib. Və Arsax məsələsi bir tərəfdən öz varlığına və təsirinə görə hamıya yayılıb, digər tərəfdən "xidmət olunan məsələ” kimi əlində hakimiyyət olan və bu məsələdən öz hakimiyyəti naminə istifadə edən kiçik bir qrupun təsir sferasında qalıb. Siyasi müxalifətsə ictimai emosiyalardan yararlanaraq, ancaq məsuliyyət daşımadan, bu məsələdən öz məqsədləri naminə istifadə etməyə cəhd göstərib.

Bunun nəticəsi də o olub ki, siyasi mərhələdə Arsax məsələsi yalnız deklarativ səviyyədə, "xidmət” planında isə praktiki olaraq yalnız ianə toplanılan hallarda ümumxalq məsələsi olub. Bu da çox mühümdür, lakin problem yalnız maliyyə-iqtisadi xarakter daşıya bilməz.

Məsələnin mahiyyəti odur ki, Arsax problemilə bağlı ümumerməni konseptual bazası yoxdur. Təsəvvür, inam var, lakin formullaşdırılmış baza, ümumerməni tələbi yoxdur. Nikol Paşinyan deyir ki, bizdə Arsax problemilə bağlı ümumerməni təsəvvürü kollektiv düşüncədədir. O, düşüncələrdədir və beləliklə, düşüncələrdə olduğuna, bütün dünya üçün formullaşdırılmadığına görə siyasi vəzifə və amil kimi qeyri-effektivdir.

Bu, ümumerməni manifestinin, bəyanatının olmasını tələb edir? Əlbəttə, xeyr. Bu, "genosid”in tanınması, "Ay data” ("Ay data” və ya "erməni məhkəməsi” ideyası, Beyrutdan Los-Ancelesədək bütün dünya ermənilərinin birləşməsi arzusu – red.) problemi kimi, Arsax probleminin ümumerməni – milli səviyyədə institulaşmasını tələb edir. O, əlbəttə, əsasən Daşnaksutyun vasitəsilə, onun himayəsilə institutlaşıb, lakin bu, müəyyən mənada, tarixi-siyasi hadisələrin nəticəsi olub, erməni dövlətçiliyi olmayıb.

Artıq üç onillikdir ki, bu dövlətçilik mövcuddur və o, Arsax məsələsilə məşğul olur. Dövlətçilik, praktiki olaraq, bu məsələ ətrafında qurulub. Bu məsələ dövlətçiliyin mərkəzi oxudur, lakin ümumerməni səyləri olmadan ona "xidmət etmək” qeyri-mümkündür. Dövlətçiliyin özü isə öz növbəsində bu məsələnin ümumerməni – milli səviyyədə institutlaşması üçün yetərli səy göstərməyib.

Tərcümə Strateq.az-ındır

OXŞAR XƏBƏRLƏR