ABŞ-da soyuq hava 12 nəfərin ölmünə səbəb oldu
Kateqoriya məlum deyil
ABŞ-ın Orta Qərbində güclü qar ilə müşayiət olunan şaxtalar 12 nəfərin ölümünə səbəb olub.
"Report” xəbər verir ki, bu barədə cümə axşamı yerli hakimiyyət orqanlarına istinadən "Reuters" məlumat yayıb.
Ən aşağı temperatur Minnesota ştatının İnterneşnl-Folls şəhərində qeydə alınıb – mənfi 42,8 dərəcə. İllinoys ştatında temperatur mənfi 36 dərəcəyə düşüb.






