Xəbərlər proqramı 3 günlük qadağan edildi
Dünya
16:35 / 31.01.2019
2684
Fox TV-nin xəbərlər proqramı fevralın 4-dən 7-nə kimi yayımlanmayacaq. Buna səbəb Türkiyə Radio və Televiziya Şurasının (RTÜK) kanalı cərimələməsi ilə bağlıdır. Qərar RTÜK tərəfindən ötən ilin sonunda qəbul olunub.
Şura Fatih Portakalın aparıcılıq etdiyi "FOX Ana Xəbər” proqramının 3 gün, Halk TV-də yayımlanan "Halk Arenası” verilişinin isə 15 gün müddətində yayımdan qaldırılması barədə göstəriş verib. Həmin saatlarda isə televiziyada sənədli filmlər göstəriləcək.
Bundan əlavə, Halk TV-də "tənqidin həddini aşma” halları daha çox rast gəlindiyi üçün kanalın 5 proqramının 8 dəfə yayımı dayandırılacaq. Bu, 22 fevral və 22 mart tarixləri arasında tətbiq ediləcək.
Qeyd edək ki, Halk TV "tənqidin həddini aşma”, Fox TV isə "tərəfsizliyini pozmaq”da ittiham olunub.qafqazinfo