İsraildə yəhudilər küçələrə axışdı

İsraildə yəhudilər küçələrə axışdı
Efiopiyalı 24 yaşlı Yehuda Biadqanın polis tərəfindən vurularaq öldürülməsinə etiraz edən minlərlə insan paytaxt Təl-Əvivdəki ən əhəmiyyətli yollardan biri hesab edilən Ayalonu bağlayıb. Ayalondan Təl-Əvivin ən mühüm mərkəzlərindən Rabin meydanına doğru yürüş edən etirazçılar İsrail polisinin həyata keçirdiyi zorakılığa qarşı şüarlar səsləndiriblər. Rabin meydanına çatan nümayişçilər burada "Bütün həyatlar əhəmiyyətlidir", "Qaradərililərin həyatları əhəmiyyətlidir" yazılmış plakatlar açıb. Sayları getdikcə artan etirazçılar Biadqa hadisəsini müzakirə üçün hökumətin təcili toplanmasını, cinayətin araşdırılması üçün polisin açdığı araşdırmadan ayrı olaraq "xüsusi bir istintaq" başladılmasını tələb edib. Etirazının davam etdiyi ərəfədə bəzi nümayişçilər ilə polis arasında Rabin meydanı yaxınlığında gərginlik yaşanıb. Polis nümayişçiləri dağıtmağa çalışıb. İsrail Polisindən verilən məlumata görə, ətrafa narahatlıq verən bəzi nümayişçilərə müdaxilə edilib, bu zaman 4 polis yüngül şəkildə yaralanıb. Açıqlamada nümayişçilər arasında yaralanan olub-olmadığına dair məlumat verilməyib, çox sayda nümayişçinin nəzarətə alındığı qeyd edilib.

Xatırladaq ki, İsraildə Efiopiyalı yəhudilərinin sayı 140,000-dən çoxdur. 1984 və 1991-ci illərdə təxminən 80 min Efiopiya yəhudisi İsrailə köçdü.

Uzun illər təcrid edilmiş olaraq yaşayan etiopiyalı yəhudilər İsrailli din rəhbərləri tərəfindən köçdən bir neçə il sonra tanındılar. Ancaq son illərdə İsraildə irqçilik və ayrı-seçkiliyə məruz qaldıqlarını irəli sürürlər. Bundan etiraz məqsədiylə də aksiyalar keçirirlər.

OXŞAR XƏBƏRLƏR