Fatih Portakal FOX TV-dən gedir:"Kreslonu buraxmanın zamanı gəldi..."

Fatih Portakal FOX TV-dən gedir:
FOX TV-nin məşhur aparıcısı Fatih Portakal telekanlı və jurnalistikanı tərk edir.

Bu barədə o, "Twitter”dəki hesabından açıqlama verib.

Portakal "Twitter”də belə yazıb: "Artıq kreslonu buraxmanın zamanı gəldi. Gəlməsini bildiyin kimi, getməsini də bilmək önəmlidir”.

Xatırladaq ki, təxminən iki ay əvvəl Türkiyə prezidenti Ərdoğan  FOX TV-nin məşhur aparıcısı Fatih Portakala növbəti dəfə sərt şəkildə xəbərdarlıq edib.

Belə ki, Ərdoğan ötən ilin dekabr ayının 18-də çıxış etdiyi toplantıda FOX TV-nin aparıcısı Fatih Portakalı nəzərdə tutaraq "Portakaldımı, mandalindimi, çıxıb xalqı küçələrə çağırır. Həddini bil. Əgər bilməzsənsə, bu millət ənsəni partladar”, – deyə bildirmişdi.

Fatih Portakal isə Ərdoğanın bu təhdidinə şərh verməyəcəyini demişdi: "Əcəba, nə deyəcək Fatih, əcəba haqqında söylənən sözlərə cavab verməyi düşünürmü? Xeyr, heç vaxt. Əgər belə bir şey gözləyirsinizsə, nə bu gün, nə sabah duyacaqsınız. Biz burada, sadəcə, Türkiyənin  gerçək xəbərlərini yayırıq”.

Bu "atışma”dan sonra isə məşhur aparıcının barəsində prokurorluqda araşdırma başlanıb.

Onu da qeyd edək ki, ötən həftə FOX TV-nin "Ana xəbər” buraxılışında Fransadakı "Sarı jiletlilər”in aksiyasını şərh edən aparıcı Fatih Portakalın aşağıdakı sözləri Ərdoğanı qəzəbləndirmişdi: "Gəlin, barışcıl bir aksiya ilə bahalaşmaya, bütün qiymət artımlarına, qazın qiymətinə etiraz edək. Edə bilərikmi? Neçə nəfər qorxudan, narahatlıqdan küçəyə çıxacaq? Allah eşqinə, neçə nəfər meydana çıxar, deyə bilərsinizmi? Fərdi və toplumsal müxalifəti basqı altına almağa və sındırmağa çalışırlar. Oysa ki, etiraz etmək ən təbii haqqdır, amma tətbiqinə imkan verilmir. Fransa olsun, Türkiyə olsun, açığı, çox da fərq etmir”.

Yeri gəlmişkən, beynəlxalq media qurumlarının araşdırmasına görə 80 milyonluq Türkiyənin 48 faizi məhz Fatih Portakalın apardığı "Ana Xəbər” proqramını əsas və ən etibarlı xəbər mənbəyi sayır. Strateq


OXŞAR XƏBƏRLƏR

Elgiz ailə həyatından danışdı: "Çox peşmanam"

Aparıcı Elgiz Əkbər ailə həyatından danışıb.   Sfera.az xəbər verir ki, bu haqda proqramında bəhs edən aparıcı yaşadığı peşmançılıqdan söz açıb:...

Azərbaycanda doğulan iş adamı Rusiyada belə saxlanıldı - VİDEO

Rusiyada tikinti şirkətinin baş direktoru 46 milyon rubl məbləğində dələduzluq ittihamı ilə saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə fon...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...