Logo

Türkiyə ilə Gürcüstan sərhədi bağlanır

Türkiyə ilə Gürcüstan sərhədi bağlanır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstan-Türkiyə "Sarpi” sərhəd keçid məntəqəsi yanvarın 31-də müvəqqəti olaraq bağlanacaq.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, "Sarpi” sərhəd keçid məntəqəsi Gürcüstan ilə Türkiyə arasında ən böyük keçid məntəqəsidir. Məntəqədə piyadalar üçün yeni dəhliz açılacaq. Bununla əlaqədar olaraq yanvarın 31-də səhər saat 10:00-dan 18:00-dək sərhəd keçid məntəqəsi həm avtomobillər, həm də piyadalar üçün bağlanacaq.

Türkiyənin Batumidəki Baş konsulluğu bildirir ki, yeni piyada keçidinin istifadəyə verilməsi məntəqənin işini əsaslı şəkildə asanlaşdıracaq, avtomobillərin və piyadaların keçidini sürətləndirəcək.publika

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR