Partiyanın binasında qan su yerinə axdı: 5 yaralı

Partiyanın binasında qan su yerinə axdı: 5 yaralı
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının binasında partiya üzvləri arasında dava düşüb.
 
Sfera.az xəbər verir ki, bələdiyyə seçkilərində  CHP tərəfindən namizədliyi irəli sürülməyən  Emin Atmacanın tərəfdarları partiyanın binasına hücum edərək  partiyanın bölgə sədri Sinan Akçiçeyi  və 4 nəfəri vəhşicəsinə döyüblər. Partiyanın hücuma məruz qalan  Eyüpsultan şöbəsinin sədri  Sinan Akçiçek  və daha 4 nəfər partiya fəalı xəstəxanaya yerləşdirilib. Polis hadisəni törədən şəxsləri həbs edib.


OXŞAR XƏBƏRLƏR