Özünü prezident elan etmiş 35 yaşlı sənaye mühəndisi –İNQİLABININ LİDERİ KİMDİR?

Özünü prezident elan etmiş 35 yaşlı sənaye mühəndisi –İNQİLABININ LİDERİ KİMDİR?
Venesuela müxalifətinin lideri Xuan Quaido 23 yanvar 2019-cu il tarixində özünü ölkə prezidenti elan edib. Bu Venesuelada keçirlimiş çoxsaylı etiraz mitinqi zamanı baş verib.

Bəs Xuan Quiado kimdir?

Xuan Xerardo Quaido Markes 28 iyul 1983-cü ildə Venesuelanın La-Quayra şəhərində doğulub. 1999-cu ildə ştatda baş vermiş və 30 min nəfərin ölümünə səbəb olmuş torpaq sürüşməsi zamanı Quaidonun ailəsi sağ qalsa da evləri dağılmışdı. "Nyu-York Tayms” qəzetinə danışan Quaidonun dostu Xuan Karlos Miçinel deyib ki, Quaido məzun olduqdan sonra Meksikada yaxşı iş təklifi alsa da rədd edib. O, ölkəni dəyişdirmək üçün Venesuelada qalacağını bildirib. Quaido 2007-ci ildə Andres Bello adına Katolik Universitetinin sənaye mühəndisliyi fakultəsini bitirib. Daha sonra ABŞ-da Corc Vaşinqton Universitetində dövlət idarəçiliyi üzrə təhsil alıb.

Universitetdə oxuyarkən siyasətlə məşğul olmağa başlayıb. 2009-cu ildə sol-mərkəzçi partiya olan "Xalq iradəsi” partiyasına daxil olub. 2010-2015-ci illərdə Venesuela parlamenti deputatının müavini kimi çalışıb.  2015-ci ildə Varqas ştatından parlamentə deputat seçilib. Maduro hökuməti ilə bağlı korrupsiya faktlarının təhqiqatını aparıb.

Prezident Maduro 2015-ci ildə keçirilmiş seçkilər zamanı parlamentdə hakim çoxluğu itirir. Maduro 2017-ci ildə bu parlamenti buraxaraq yeni Konstitusiya üçün qurucu Məclis yaradacağını elan edir. Müxalifət bu seçkini boykot edir və nəticədə yeni parlament tamamilə hakim partiya üzvlərindən ibarət olur. 2017-ci ildə buna etiraz edən və xalqı küçələrə çağıran müxalifət liderləri arasında Quaido da vardı. Bu etirazlar zamanı atılan rezin güllələrdən biri Quaidonun boğazına dəyib. 2018-ci ildə Venesuela müxalifətinin yaratdığı "Demokratik birliyin dəyirmi masası” koalisiyasının rəhbəri təyin edilib.

5 yanvar 2019-cu ildə Venesuela parlamenti sədrinin müavini vəzifəsini tutub. 23 yanvarda Venesuelanın müvəqqəti prezidenti kimi and içib.Strateq

OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...