Gürcüstan Nikolas Maduronu prezident kimi tanımır - 2 ölkə isə...

Gürcüstan Nikolas Maduronu prezident kimi tanımır - 2 ölkə isə...
Kuba və Meksika Maduronu Venesuela prezidenti hesab edir.

Meksikanın Xarici İşlər Nazirliyi (XİN) müxalifət liderinin özünü prezident vəzifələrinin icraçısı elan etməsindən sonra Nikolas Maduroya qarşı siyasətini dəyişmək üçün bir əsas görmədiklərini bəyan edib.

Bunu XİN-in rəsmi nümayəndəsi Roberto Velasko deyib.

"Meksika hökuməti Nikolas Maduronu əvvəlki kimi Venesuelanın prezidenti olaraq tanıyır. Buna görə də federal rəhbərlik Cənubi Amerika ölkəsində vəziyyətə müdaxilə etməmə siyasətində dəyişiklikləri nəzərdə tutmur", - deyə o bildirib.

Kubanın xarici siyasət idarəsi də Venesuela prezidenti Nikolas Maduronu dəstəkləyib.

Ölkənin xarici işlər naziri Bruno Rodriqes ölkəsinin Venesuelanın qanuni prezidenti Nikolas Maduronu tam dəstəklədiyini bildirib:

"Kubanın qanuni prezident Nikolas Maduroya, dövlət çevrilişinə cəhd fonunda tam dəstək və həmrəyliyini ifadə edirik. Venesuela xalqının suveren iradəsi imperialist müdaxilələr üzərində qalib gələcək. Tarix sui-qəsdi təşviq edən və tanıyanları qınayacaq".

 

Gürcüstan Venesuela Milli Assambleyasının spikeri Xuan Quaidonu hazırkı dövlət başçısı Nikolas Maduronun əvəzinə bu ölkənin müvəqqəti prezidenti kimi tanıyıb.

Bunu cümə axşamı Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

"Gürcüstan Xuan Quaidonu müvəqqəti prezident kimi tanıyır və Venesuela xalqının azadlıq və demokratiya uğrunda mübarizədə səsləndirdikləri bəyanatları alqışlayır", - deyə Zalkaliani "Twitter"də yazıb.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

 



OXŞAR XƏBƏRLƏR

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olu...

Mayora şəhid adı veriləcək - FOTO

Gəncə İnzibati Məhkəməsi 2008-ci ildə həyatını itirən mayor Abbasov Rövşən Akif oğluna şəhid adının verilməsi ilə bağlı Müdafiə Nazirliyi üzərinə öhdəlik qoyub....