Ərdoğan Rusiyaya səfərə gedib

Ərdoğan Rusiyaya səfərə gedib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya işgüzar səfərə gedib.

Sfera.az xəbər verir ki, onu səfərdə müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, nəqliyyat və infrastruktur naziri Cahit Turhan, kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müşaiyət edir.

R.T.Ərdoğan bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Bu, dövlət başçıları arasında 2019-cu ildə ilk görüş olacaq. Prezidentlər Türkiyə-Rusiya münasibətlərini, Suriyadakı vəziyyəti və bir sıra bu kimi məsələləri müzakirə edəcəklər.

Səfər bir gün davam edəcək.  

Qeyd edək ki, 2018-ci ildə R.T.Ərdoğanla V.Putin arasında 7 təkbətək görüş olub. Dövlət başçıları 18 dəfə telefonla danışıblar.  


OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...