Türkiyədə rekord satış: "Mustafa Kemal" kitabı baha qiymətə satıldı

Dünya
14:21 / 23.01.2019
2567
Türkiyə daha bir rekorda imza atıb.
Ölkənin ən çox oxunulan köşə yazarı Yılmaz Özdilin "Mustafa Kemal” kitabının xüsusi nəşri az müddətdə satılaraq qurtarıb.
Məsələnin maraqlı tərəfi ondan ibarətir ki, kitabın qiyməti nə az, nə çox 2500 (470 dollar) lirədir.
Özəl nəşrin satışı bu gün yerli vaxtla 9.05-də "Kırmızı Kedi” nəşriyyatının saytında başlayıb. Nüsxələrin sayı 1881 ədəddir. Həm başlama vaxtı, həm də nüsxələrin sayı simvolikdir. Ayın 23-ü Türkiyə Cumuriyyətinin yaranma ili, nüsxələrin sayı Mustafa Kamal Atatürkün doğum ili, başlama saatı ilə Atatürkün ölümunn qeydə alındığı vaxtı nəzərdə tutur.
Y.Özdilin "Mustafa Kemal” kitabı Türkiyə Cumhuriyyətinin qurucusu M.K.Atatürkün həyatından bəhs edir. İndiyə qədər milyon yarım nəşr olunaraq satılıb. Normal qiyməti 20 lirədir.
