Gürcüstanda daha 2 nəfər “donuz qripi”ndən öldü

18:24 / 23.01.2019
3293
Gürcüstanın Acariya bölgəsində daha iki nəfər H1N1 virusundan ölüb.
"Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, "donuz qripi”nin budəfəki qurbanları 48 yaşlı qadın və 33 yaşlı kişidir.
Qadının yanvarın 12-dən xəstəxanada müalicə aldığı bildirilir.
Dünyasını dəyişən kişi isə əvvəlcə yüksək temperaturla yerli klinikalardan birinə yerləşdirilib, daha sonra Türkiyənin Trabzon şəhərinə aparılıb. Lakin türk həkimlər də onun həyatını xilas edə bilməyiblər.
Bununla da, Gürcüstanda "donuz qripi”ndən ölənlərin sayı 21-ə çatıb.