Logo

60 terroçu məhv edildi

60 terroçu məhv edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Misir hərbçiləri və polisi keçirdikləri bir sıra əməliyyatlar zamanı 59 ekstremisti öldürüb.

Bu barədə Misir Müdafiə Nazirliyi məlumat verib. Məlumata əsasən, ekstremistlərdən 44-ü hərbçilərin keçirdiyi əməliyyatı zamanı, 15-i isə polis əməliyyatı zamanı öldürülüb.

Əməliyyatlar zamanı onlarla nəqliyyat vasitəsi, rabitə vasitələri, silah-sursat, partlayıcı maddələr müsadirə və məhv edilib. Toqquşmalar zamanı 7 misirli hərbçi həlak olub. Xatırladaq ki, Misir ordusu ötən ilin fevralından separatçılara qarşı genişmiqyaslı "Sinay” əməliyyatı keçirir. Bu müddət ərzində yüzlərlə ekstremist öldürülüb və yaralanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR