İsrail sosial mediada İranı \"sancdı\" – FOTO
İranı Suriyadan çəkilməyə çağıran İsrail ordusu sosial mediada foto paylaşaraq İrana söz atıb.
Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, İsrail ordusu İranı yenə hədəf alıb.
Sosial media hesabından "baxın, şəkil 1-A” paylaşımı edən İsrail "İran yoxa çıxıb” şəklində onu sancıb. Daha sonra xəritənin üzərində "Burdadır” yazılıb.
Xəritədə "İran indi burdadır” yazılaraq oxla Suriya göstərildiyi halda, "İranın aid olduğu yer buradır” yazısını yazaraq İranı dörd ox işarəsiylə göstəriblər.
Qeyd edək ki, Benyamin Netanyahunun rəhbərliyi altında olan İsrail hökuməti İranı Suriyadan çıxarmağa çalışır. Suriyada müharibə başlandığı gündən bu ölkəyə hücumlar edən İsrail bunun üçün əvvəlcə Hizbullahı, daha sonra İranı səbəb göstərməyə başlayıb.
Sfera.az