Sabah Ərdoğan Putinlə görüşə gedir
Kateqoriya məlum deyil
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiyaya səfər edəcək.
Səfər zamanı Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşəcək.
Həmçinin, iki ölkənin nazirləri və rəsmilərinin iştirakı ilə heyətlərarası görüş keçiriləcək. Görüşdə Rusiya ilə Türkiyə arasında ikitərəfli münasibətlərlə yanaşı, Suriya böhranı, eləcə də bəzi regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.






