Logo

Dənizdə dəhşətli faciə: 22 ölü

Dənizdə dəhşətli faciə: 22 ölü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə baş vermiş yanğın nəticəsində 22 nəfər ölüb. Daha 12 nəfərin xilas edildiyi bildirilir. 10 nəfərin taleyi haqqında məlumat yoxdur.

Xatırladaq ki, qəza Qara dənizin şimalında ötən gün axşam saatlarında "Maestro" və "Kandi" adlı gəmilərdə baş verib. Gəmilərin birində partlayış baş verib, nəticədə başlayan yanğın o biri gəmiyə də yayılıb.

Məlumata görə, gəmilərdən birində 17, digərində isə 14 nəfər olub. "Kandi"də olan 17 nəfərdən 9-u türk, 8-i isə hind olub. "Maestro"da isə 7 Türkiyə, 7 Hindistan vətəndaşı olub. Hələli ölənlərin şəxsiyyətləri açıqlanmayıb.

Hadisə gəmilərin birindən digərinə yanacaq boşaldılması zamanı baş verib. İlkin məlumata görə, nəql zamanı təhlükəsizlik qaydaları pozulub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR