Ermənistanda Paşinyanı hoqqabaz adlandırdılar

Ermənistanda Paşinyanı hoqqabaz adlandırdılar
"Bəsdi fokusla məşğul oldunuz. Nə vaxta qədər manipulyasiya ilə məşğul olacaqsınız”.
 
Sfera.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Republikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov özünün "Facebook” hesabında yazıb. O, bu sözləri baş nazir Nikol Paşinyana ünvanlayıb:

"Bir müddət əvvəl Nikol Paşinyan demişdi ki, 2018-ci ilin üçüncü rübündə ölkəyə daxil olacaq investsiyanın həcmi əvvəlki ilə nisbətən 50% artacaq. O, müxalifəti sərmayənin azalmasını tənqid etdiyimiz üçün qınamışdı. İndi birbaşa zərbə ilə topu Paşinyana ötürürüəm. Fokusla məşğul olmayın. Sizin vaxtınızda investisiyanın həcmi azalıb”.
 
Şarmazanovun sözlərinə görə, 2018-ci ilin birinci rübündə ölkəyə daxil olan investisiyanın həcmi 94,2 milyon dollar olub. Amma 3-cü rübdə bu göstərici 75, 5 milyon dollara düşüb.


OXŞAR XƏBƏRLƏR