Logo

Mollalar məscidlərarası voleybol yarışı təşkil etdi –İbrətamiz...-FOTO

Mollalar məscidlərarası voleybol yarışı təşkil etdi –İbrətamiz...- FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Penza vilayəti Qorodişen rayonu Orta Yeluzan kəndinin "Nur" idman və istirahət kompleksində məscidlərin ibadətçiləri arasında voleybol üzrə növbəti kənd kuboku keçirilib.

Bu  barədə Dumpo.ru saytı məlumat yayıb. Yarışma region Müsəlmanlarının Ruhani İdarəsi tərəfindən təşkil edilib.

Yarışa başlamazdan əvvəl oyunçuları rayonun icra başçısı Aleksandr Vodopyanov və müfti İslam-Həzrət Daşkin salamlayıb. Onlar  kənddə voleybol ənənələrini qoruyan yarış iştirakçılarına minnətdarlıqlarını ifadə edib və voleybolçulara əzmkar və ədalətli mübarizə arzulayıblar.

Kubok uğrunda mübarizə inadkar olub və mömin idmançılar  hakimin final fitinədək  bütün güclərini ortaya qoyublar.

Müsabiqənin nəticələrinə görə, 8 nömrəli məscid birinci yeri və qızıl medalı qazanıb. Gümüş  medala 9 nömrəli məscid,  bürünc mükafata isə "Əbu Hənifə” məscidi layiq görülüb.moderator

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR