Toy yasa döndü:6 ölü, 21 yaralı
Kateqoriya məlum deyil
Əfqanıstanda qanlı teror akt həyata keçirilib.
Sfera.az xəbər verir ki, ötən gecə "Taliban” terrorçuları Gilmənd vilayətinin şimalında toy mərasiminə hücum edərək, 6 nəfəri öldürüb,21 nəfəri yaralıyıb və 6 nəfəri qaçırıblar.
Hadisənin Gilmənd vilayətinin Nadi Əli rayonunda baş verdiyi qeyd edilir. Bu barədə Gilmənd vilayətinin rəsmisi Məhəmməd Gül Haşimi məlumat verib. Lakin "Taliban” mətubat katibi Qari Yusaf Əhmədi toy mərasiminə hücumun təşklat üzvləri tərəfindən törədildiyini təkzib edib.






