Logo

"Türkiyə etibarsız tərəfdaşdır"

"Türkiyə etibarsız tərəfdaşdır"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın sabiq İŞİD-lə mübarizə koalisiyasının xüsusi nümayəndəsi Brett Makqark Türkiyənin Suriya məsələsində etibarlı tərəfdaş olmadığını bildirib. 

O, "Washington Post" qəzetnə yazdığı məqalədə Türkiyənin Suriya məsələsində etibarlı tərəfdaş olmadığını qeyd edib.

Türkiyənin Suriyada təkfirçi qruplarına dəstək verdiyini yazan Makqark, bu qrupların çox kiçik olduğunu və buna görə də ABŞ-ın dəstəklədiyi "Suriya Demokratik Qüvvələri"nə (SDQ) alternativ olmayacağını deyib.   "Türkiyə ABŞ-ın böyük dəstəyi olmadan Suriyada təkbaşına hərəkət etmə qabiliyyətinə malik deyil. Hazırda Türkiyənin dəstəklədiyi silahlı qrupların SDQ-nin yerləşdiyi Suriyanın şimal-şərqinə yerləşdirilməsi ilə bağlı danışıqlar aparılır", - deyə Brett Makqark yazısında bildirib.   Qeyd edək ki, Bret Makqark ABŞ-ın Suriyadan çəkilmə qərarından sonra istefa vermişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR