Logo

Bu qızı öldürən qatil asıldı - Foto

Bu qızı öldürən qatil asıldı - Foto
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranın Felavercan şəhərində qulağındakı qızıl sırğalarını oğurlamaq məqsədilə Melika adlı 5 yaşlı qızı qətlə yetirən şəxs barədə məhkəmə hökmü icra olunub.

Məhəmmədcavad Şəms adlı İran vətəndaşı Felavercanda asılaraq edam edilib.

Qeyd edək ki, Melikanın yaşadığı evin qarşısından yoxa çıxması xəbəri 2018-ci ilin oktyabr ayında yayılsa da, az sonra onun meyiti tapılmışdı.

Qatil dindirilərkən qızı aldatdığını, əl-qolunu bağladıqdan sonra qulağındakı qızıl sırğalarını oğurlayaraq onu boğduğunu etiraf etmişdi.

İnqilab məhkəməsi tərəfindən qəsdən adamöldürmədə ittiham olunaraq edam cəzasına məhkum edilən qatil Felavercan şəhərinin meydanında ictimaiyyət qarşısında dara çəkilib.Teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR