Logo

İranda “Boeing-707” təyyarəsi qəzaya uğradı, 15 ÖLÜ- Yeniləndi -Foto

İranda “Boeing-707” təyyarəsi qəzaya uğradı, 15 ÖLÜ- Yeniləndi -Foto
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tehranda enişə hazırlaşan təyyarə yaşayış evinin həyətinə düşüb

İranda qəzaya uğrayan təyyarə Qırxızıstandan havaya qalxıb. Bişkekdən gələn təyyarədə 16 nəfər olub. Enişə hazırlaşan yük təyyarəsi fərdi evlərdən birinin düz həyətinə düşüb.

Qəzadan sonra açıqlama verən İran Ordusu təyyarənin onlara aid olduğunu bildirib. Məlumata görə, artıq 15 nəfərin meyitini çıxarmaq mümkün olub. Bir nəfər isə sağ qalıb. Hadisə yerində yanğınsöndürən, xilasedicilərin işi davam edir. Artıq qəza yerindən ilk görüntülər də mətbuatda yayılıb.

Dar gövdəli, 4 mühərrikli "Boeing 707" təyyarəsindən 1957-ci ildən istifadə edilir.  4630 - 10650 km uçuş mənzilinə sahib "Boeing 707" qərb mülki aviasiyasının ən çox istifadə etdiyi təyyarələrdən olub. Artıq bəzi şirkətlər, ölkələr hərbi və mülki yükdaşımalarında ondan faydalanırlar.

Sfera.az xəbər verir ki, qəza bu gün səhər saatlarında qeydə alınıb.  Təyyarədə 10 nəfərin olduğu bildirilir.  Xəsarət alanlar haqqında məlumat verilmir.

İranda “Boeing-707” təyyarəsi qəzaya uğradı, 15 ÖLÜ- Yeniləndi -Foto
İranda “Boeing-707” təyyarəsi qəzaya uğradı, 15 ÖLÜ- Yeniləndi -Foto

İranda “Boeing-707” təyyarəsi qəzaya uğradı, 15 ÖLÜ- Yeniləndi -Foto

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR