Logo

Erməni məmur: "Zamanı gələndə çox şeyi açıqlayacam"

Erməni məmur: "Zamanı gələndə çox şeyi açıqlayacam"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanın keçmiş yüksək rütbəli məmuru Paşinyan hakimiyyətini şantaj edib.

Sfera.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, eks-baş nazir və Təhlükəsizlik Şurasının katibi Armen Gevorkyan rüşvət almaqda, çirkli pulların yuyulmasında və konstitusiya quruluşunu dəyişməyə yardım etməkdə günahlandırılır.

Bu gün Gevorkyanın işi üzrə Appelyasiya məhkəməsində proses baş tutub. Onun vəkilləri müdafiə etdikləri şəxsin ev dustaqlığına buraxılması barədə iddia qaldırmışdılar. Hakimlər işə baxmadan prosesi yanvarın 17-nə təxirə salıblar. Məhkəmədən əvvəl eks-baş nazir jurnalistlərə verdiyi açıqlamada bildirib ki, o mövqeyindən çəkilməyib. Ona qarşı irəli sürülən ittihamların heç biriylə razı deyil. Zamanı gələndə bir çox şeyi açıqlayacağını deyən Gevorkyan bəlli dairələri şantaj etməkdən də çəkinməyib.

Qeyd edək ki, Armen Gevorkyan 2008-ci il martın birində baş vermiş qanlı hadisələrdə də günahlandırılır. Həmin vaxtı o, Sarkisyan adminstrasiyasının rəhbəri idi.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR