lll Dünya müharibəsi iki kiçik ölkənin döyüşü ilə başlayacaq – ŞOK PROQNOZ

lll Dünya müharibəsi iki kiçik ölkənin döyüşü ilə başlayacaq – ŞOK PROQNOZ
Balkanlarda Rusiya və Qərb arasında yeni münaqişə alışa bilər.

Belə qənaətə "Business Insider Deutschland” nəşrində siyasi şərhçi Andreas Baumer gəlib.

Onun sözlərinə görə, 2018-ci ilin ikinci yarımilliyində Avropa İttifaqı Şurasına rəhbərlik edən Sebastyan Kurs Qərbi Balkanları Brüselə yaxınlaşdıra bilərdi, ancaq o, buna müvəffəq olmadı.

"Avropa İttifaqı rəhbərliyində Belqrad (Serbiya), Priştina (Kosova), Saraevo (Bosniya və Herseqovina) və Skopye (Makedoniya) ilə o qədər yaxşı əlaqələri yoxdur. Avropa müşahidəçilərinin əksəriyyətinin qiymətləndirməsinə görə, vəziyyət əvvəlki kimi mürəkkəb olaraq qalır. Əgər Avropa İttifaqından geniş maliyyə dəstəyi almasa, Qərbi Balkan dövlətləri sadəcə zəifləyəcəklər. İqtisadiyyatda və siyasətdə sabit qalmaq son dərəcə ağır olacaq. Bundan başqa, son aylarda Serbiya və Kosovo arasında köhnə münaqişə ağırlaşır. Və münaqişədə Serbiyanın protektoru – Rusiya yenə iştirak edir. Balkanlar yenidən barıt çəlləyi ola bilər”, - Baumer qeyd edib.

Siyasi şəhrçi qeyd edir ki, Rusiya artıq tarixi səbəblərdən özünü serblərin protektoru hesab edir:

"Strateji maraqlara əsaslanaraq, Rusiya Qərbi Balkanın Avropa İttifaqına inteqrasiyasını pozmaq istəyir. Rusiya buna görə də Bosniyada və Herseqovinada serb tərəfi ilə sıx əlaqəni dəstəkləyir. Kreml Serbiyayla öz hərbi əməkdaşlığını dərinləşdirməyə həmişə hazırdır. Ölkə Kosovonun şəxsi ordunu yaratmaq niyyətini elan etdiyi bir vaxtda, Belqradı açıq-aydın dəstəkləyir. Rusiya BMT Təhlükəsizlik Şurasında ordunun yaradılması haqqında qərarı ləğv etməyi tələb edirdi. Bəs Avropa İttifaqı? Avropa İttifaqı tərəddüd edir və ləngiyir”.

Baumer yazır ki, 1990-cı illərdə münaqişədə iştirak Qərb üçün asan idi:

"SSRİ-nin dağılmasından sonra Moskva zəiflədilmişdi və ABŞ tək super dövlət idi. Çoxları əmin idilər ki, gələcək Qərbə aiddir, həmçinin Balkanlarda. Amma Putin Rusiyanın regionda əsas qüvvə rolunu yenidən təmin etdi. Avropa təhlükə haqqında düşünməlidir. 1914-cü ildə Sarayevodakı qətl münaqişəni alovlandırmaq üçün kifayət etdi”.Publika

OXŞAR XƏBƏRLƏR

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir - FOTO

Mançesterdə yaşayan 29 yaşlı Karmen Davies nadir rastlanan genetik xəstəlik səbəbindən çətin həyat keçirir. Trimetilaminuriya (TMAU) adlanan bu pozğunluq onun b...