Rusiyada erməniləri təbrik edən azərbaycanlı ilə bağlı - AÇIQLAMA

Rusiyada erməniləri təbrik edən azərbaycanlı ilə bağlı - AÇIQLAMA
Rusiyanın Rostov şəhərindəki Azərbaycan diasporunun rəhbəri Vaqif Mustafayevin erməni xalqını bayram münasibətilə təbrik etməsi, özü də bütün azərbaycanlıların adından təbrik etməsi xəbəri olduqca təəssüfləndiricidir və hər bir normal azərbaycanlını narahat edir.

Amma bir gerçəkilik unudulur ki, diaspor rəhbəri kimi təqdim edilən Vaqif Mustafayevin rəhbərlik etdiyi təşkilatda özündən və milliyyətcə erməni olan həyat yoldaşından başqa kimsə yoxdur. Bəzi mətbuat orqanlarında Azərbaycan diasporu, diaspor liderləri və sair ifadələrlə "zənginləşdirilmiş” informasiyalar yayımlanır ki, yuxarıdakı faktlar arasında aparılan paralelliyə cəhd də bunlardan biridir.

Bunu "Report”un sorğusuna Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən son günlər Rusiyada Azərbaycan diaspor rəhbərinin erməniləri təbrik etməsi ilə bağlı yaranan mübahisələrə cavab olaraq bildiriblər.

 

"Dövlət Komitəsinin Vaqif Mustafayev adlı adamla nəinki diaspor rəhbəri kimi, heç xaricdə yaşayan bir fərd olaraq da heç bir əlaqəsi mövcud deyildir”, - komitədən bildirilir.

Bildirilir ki, Rusiyadakı azərbaycanlıların diaspor fəallarından əldə edilən məlumatlara görə, Vaqif Mustafayevin milliyyətcə erməni ailəsi ilə yaxın qohumluq əlaqəsi var, ermənilərin nəzarətində olan şəxsdir:

"O, Rostov şəhərində iri biznesmen olan Artuyun Surmayan tərəfindən idarə olunur və maliyyələşdirilir. Təbii ki, erməninin idarə etdiyi, maliyyələşdirdiyi Vaqif Mustafayev də artıq erməniləşib və onun belə hərəkətləri təəccüb doğurmur.

Ona görə ki, onun yalnız ad və familiyası Azərbaycan dilindədir. Göründüyü kimi, mətbuat yayımlanan xəbərlər tam həqiqəti əks etdirmir və şişirdilmiş şəkildə təqdim olunur ki, bu da ümumxalq və ümumdövlət maraqlarına ziddir”, - azərbaycanlı fəallar bildiriblər.


OXŞAR XƏBƏRLƏR

Jurnalistlərimizin minaya düşərək şəhid olmasından 4 il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından dörd il ötür.   Sfera.a...

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...