“Sabah hamımız istefa verəcəyik”-Baş nazirdən şok açıqlama
Kateqoriya məlum deyil
Tayvanda aparılan iqtisadi islahatlar nəticə vermədiyindən və hökumət böhranı yaşanmasından sonra Tayvanın baş naziri Uilyam Lay açıqlama verib.
Sfera.az xəbər verir ki, baş nazir yanvarın 11-də nazirlər kabineti ilə birgə istefaya gedəcəyini açıqlayıb. "Sabah hamımız istefa verəcəyik”-deyə baş nazir bildirib.
Uilyam Layın istefası gözlənilən idi, çünki onun partiyası hələ ötən il noyabrın sonunda parlament seçkilərində məğlub olmuşdu.






