Fələstin lideri cəsusluqda ittiham edilərək siyasi səlahiyyətləri əlindən alındı
13:06 / 10.01.2019
2020
Fələstin parlamenti dünən Qəzza şəhərində həyata keçirdiyi iclasda Fələstin dövlət başçısı Mahmud Abbasın siyasi səlahiyyətlərinin əlindən alınmasına qərar verib.
Qəzza şəhərindəki Fələstin parlamentinin binasında keçirilən sessiyada Siyasi Komitənin Abbasın siyasi səlahiyyətlərinin alınması istiqamətindəki hesabatı təsdiq edilib. Fələstin parlamenti sədrinin birinci müavini Əhməd Bahr iclasın açılışında etdiyi çıxışında Abbasın vəzifəsini davam etdirməsi üçün zəruri hüquqi, konstitusion səlahiyyətlərini itirdiyini söyləyib.
Bahr Abbasın işğalçılara qarşılıqsız güzəştlər etdiyini, müqavimət hərəkatıyla müharibə apardığını, Fələstin xalqını terrorizmdə günahlandırdığını qeyd edib. Bütün bu etdiklərinin Abbasın Fələstin xalqına rəhbər olmadığına işarə etdiyini bildirən Bahr Abbasın Fələstin xalqına düşmənçilik etdiyini deyib. Bahr Fələstin rəhbərliyi məmurlarının Rafah qapısından çəkilməsinin Qəzza zolağını İordan çayının qərb sahilindən qoparmağı qarşısına məqsəd qoyan təhlükəli addım olduğunu vurğulayıb.