Prezidentə bir milyon pul verdilər

Prezidentə bir milyon pul verdilər
Gürcüstan Prezidenti Salome Zurabişvilinin hesabına  dövlət büdcəsindən bir milyon lari məbləğində (375 246 dollar) vəsait köçürülüb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından bildirilib.

Məbləğ S.Zurabişvilinin prezident seçkiləri zamanı xərclədiyi vəsaitlərin ödənilməsi məqsədi ilə verilib. Prezidentlə yanaşı, seçkilərdə 10%-dək səs toplayan müxalif Avropalı Gürcüstan Partiyasının namizədi David Bakradze və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeyə də eyni məbləğdə vəsait təqdim olunub.

S.Zurabişvilinin ona ödənilən vəsait hesabına "Cartu Bank”dan götürdüyü 1 mln. lari məbləğində krediti qaytardığı bildirilir.

Qeyd edək ki, qonşu ölkədə ötən ilin noyabrın 28-də keçirilmiş prezident seçkilərinin ikinci turunda S.Zurabişvili 59,52%, Q.Vaşadze 40,48% səs toplayıb. Seçkilərin birinci turunda iştirak etmiş D.Bakradze isə 10,99% səs qazanıb. 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...

Maykl Ceksonun ölümündən əvvəkki son görüntüsü - VİDEO

Əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb.   Sfera.az xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səb...

MN-dən partlayış səsləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

2-5 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi...

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür&...

Daha bir gənc müəllim qəfil vəfat etdi - FOTO

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib.   Sfera.az “qafqazinfo.az”a istinadən xə...

"Bu tarixdə dünyanın sonu gələcək" - İDDİA

Alimlər atmosferdəki oksigen səviyyəsinin təxminən 1 milyard il sonra azalacağını açıqlayıblar.   Sfera.az “Milliyet” nəşrinə istinadən x...