Ərdoğan Trampın müşaviri ilə görüşdən imtina etdi

Ərdoğan Trampın müşaviri ilə görüşdən imtina etdi
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidentinin mili təhlükəsizlik məsələlər üzrə müşaviri Con Boltonun təklifini qəbul etməyib”.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

O bildirib ki, buna səbəb onun Türkiyəyə səfərdən əvvəl verdiyi açıqlama olub.

Con Bolton Türkiyəyə səfərdən əvvəl İsraildə olub və bildirib ki, Suriyanın şimalında kürdlərin qorunması ilə bağlı anlaşma olmadan ABŞ hərbçiləri həmin bölgədən çıxmayacaq.

O, Ankarada İbarhim Kalın, Türkiyə xarici işlər nazirinin müavini, MİT başçısının müavini ilə görüşüb. Rəcəb Tayyib Ərdoğan görüşdən imtina etdikdən sonra Con Bolton ölkəsinə qayıdıb. 

Rəcəb Tayyib Ərdoğan C.Boltonun açıqlamasına cavab olaraq deyib: "Boltonun mesajını udmağımız mümkün deyil. Bizim üçün YPG, PKK, PYD ilə İŞİD arasında heç bir fərq yoxdur. Terrorçulardan başqa indiyədək hansı kürd öldürülüb? Hazırda Suriyanın Kobani bölgəsindən olan 200 min kürd Türkiyəyə sığınıb. Suriyada türklərin kürdləri hədəfə alması ən alçaq iftiradır. PKK/YPG-PYD-nin İŞİD-ə qarşı mübarizə apardığı da ağ yalanlardandır. İŞİD-lə PKK/YPG-PYD terrorçu qruplaşmaları arasında münaqişə mənfəət uğrunda baş verir”.

Report.az


OXŞAR XƏBƏRLƏR

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...

Maykl Ceksonun ölümündən əvvəkki son görüntüsü - VİDEO

Əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb.   Sfera.az xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səb...

MN-dən partlayış səsləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

2-5 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi...

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür&...

Daha bir gənc müəllim qəfil vəfat etdi - FOTO

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib.   Sfera.az “qafqazinfo.az”a istinadən xə...

"Bu tarixdə dünyanın sonu gələcək" - İDDİA

Alimlər atmosferdəki oksigen səviyyəsinin təxminən 1 milyard il sonra azalacağını açıqlayıblar.   Sfera.az “Milliyet” nəşrinə istinadən x...