Ankaradan ABŞ-a kritik tələb - Ya məhv edin, ya da bizə verin!

Ankaradan ABŞ-a kritik tələb - Ya məhv edin, ya da bizə verin!
Türkiyə Suriyaya dair danışıqlar aparmaq üçün Ankaraya gələn ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun rəhbərlik etdiyi nümayəndə heyətinə olduqca kritik tələb irəli sürəcək.

"Hurriyet” qəzeti xəbər verir ki, Ankara bu gün ABŞ-dan Suriyadakı 22 hərbi bazasını məhv etməsini, ya da onları Türkiyəyə təhvil verməsini tələb edəcək.

Qəzetin mənbələri bildirib ki, Türkiyə Suriyadakı ABŞ hərbi bazalarının YPG silahlı birləşməsinə verilməsilə razılaşmayacaq və buna qəti etiraz edəcək. Həmçinin qeyd olunur ki, Ankaranın bu tələbi ABŞ qoşunlarının Suriyadan çıxarılması üzrə aparılan ikitərəfli danışıqlar prosesini çətinləşdirə bilər.

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq etmişdi ki, ABŞ-ın Suriyadan çəkilməsi diqqətlə və düzgün tərəfdaşlarla planlaşdırılmalıdır: "Yalnız Türkiyənin bu vəzifəni yerinə yetirməyə gücü və imkanı var.”

Qeyd edək ki, hazırda Ankarada türkiyəli rəsmilərlə danışıqlar aparan Con Boltonun Ərdoğanla görüşüb-görüşməyəcəyi bilinmir. Ankaraya səfər etməzdən əvvəl Bolton bəyan etmişdi ki, Türkiyə hakimiyyətindən kürdlərə hücum etməyəcəklərinə dair zəmanət almayanadək ABŞ qoşunları Suriyanı tərk etməyəcək./azvision.az

OXŞAR XƏBƏRLƏR

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...

Maykl Ceksonun ölümündən əvvəkki son görüntüsü - VİDEO

Əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb.   Sfera.az xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səb...

MN-dən partlayış səsləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

2-5 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi...

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür&...

Daha bir gənc müəllim qəfil vəfat etdi - FOTO

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib.   Sfera.az “qafqazinfo.az”a istinadən xə...

"Bu tarixdə dünyanın sonu gələcək" - İDDİA

Alimlər atmosferdəki oksigen səviyyəsinin təxminən 1 milyard il sonra azalacağını açıqlayıblar.   Sfera.az “Milliyet” nəşrinə istinadən x...