ABŞ-İran müharibəsi nə vaxt başlaya bilər?

ABŞ-İran müharibəsi nə vaxt başlaya bilər?
"Nə ABŞ, nə də onun strateji müttəfiqi İsrailin birbaşa İranla hərbi müharibəyə girəcəyini gözləmirəm”.
 
Sfera.az-a açıqlamasında bu sözləri ABŞ Xarici Əlaqələr Şurasının başçısı Riçard Haassın 2019-cu il ərzində ABŞ və İran arasında müharibə ehtimalının yüksək olduğuna dair fikrinə münasibət bildirərkən politoloq Natiq Miri deyib.
 
Ekspertin fikrincə, 2019-cu ildə hər hansı bir müharibə ehtimalı varsa, bu ancaq körfəz ölkələrini İrana qarşı təhrik etməklə başlaya bilər:
 
"Bu açıqlama sadəcə olaraq psixoloji təzyiq vasitəsi kimi söylənilib. Çünki indiki zamanda, xüsusən də Donald Tramp dönəmində ABŞ-ın hansısa ciddi bir müharibəyə qoşulması ehtimalı elə də böyük deyil. Trampın seçki şüarı güclü Amerika olub. O bunun da təbii ki, iqtisadi yöndə ABŞ-ın yenidən gücləndiyi təqdirdə mümkün olacağı təfəkküründədir. Bu mənada düşünmürəm ki, ABŞ İran kimi dövlətlə böyük xərclər tələb edən müharibəyə birbaşa qoşulsun. Doğrudur, İranla müharibə ehtimalı var. Bu yöndə ortada konkret fəaliyyət də hiss olunur. Ancaq bu körfəz ölkələri vasitəsilə İranla müharibənin başladılması layihəsidir. Bu əsasda da hədəflər arasında ərəb NATO-sunun yaradılması, Misir, Səudiyyə Ərəbistanı, BƏƏ kimi güclü ərəb ölkələrindən ibarət ordunun yaradılması və onu İrana qarşı qoymaq məsələləri dayanır. ABŞ və İsrail isə bu çərçivədə ərəb NATO-sunu dəstəkləmək niyyətindədir. Düşünürəm ki, 2019-cu ildə hər hansı bir müharibə ehtimalı varsa, bu körfəz ölkələrini İrana qarşı təhrik etməklə başlaya bilər. Yəni nə ABŞ, nə də onun strateji müttəfiqi olan İsrailin birbaşa İranla hərbi müharibəyə girəcəyini gözləmirəm”.
 
Qeyd edək ki, MSNBC-yə müsahibəsində ABŞ Xarici Əlaqələr Şurasının başçısı Riçard Haass 2019-cu il ərzində ABŞ və İran arasında müharibə ehtimalının yüksək olduğunu diqqətə çatdırıb. O, 2019-cu ildə baş verə biləcək müharibələrdən danışıb və il ərzində ABŞ və İran arasında silahlı qarşıdurmanı istisna etməyib: "Belə bir müharibənin İranla olacağı iddiası üzərindən sizinlə mərc gələ bilərəm. Bu, təhlükəli müharibə olacaq”.
 
ELÇİN 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...

Maykl Ceksonun ölümündən əvvəkki son görüntüsü - VİDEO

Əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb.   Sfera.az xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səb...

MN-dən partlayış səsləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

2-5 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi...

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür&...

Daha bir gənc müəllim qəfil vəfat etdi - FOTO

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib.   Sfera.az “qafqazinfo.az”a istinadən xə...

"Bu tarixdə dünyanın sonu gələcək" - İDDİA

Alimlər atmosferdəki oksigen səviyyəsinin təxminən 1 milyard il sonra azalacağını açıqlayıblar.   Sfera.az “Milliyet” nəşrinə istinadən x...