Əfqanıstanda 10 polis və 3 hərbçi öldürüldü
Kateqoriya məlum deyil
Əfqanıstanın şimal-qərbindəki Baqdis vilayətində polis və hərbçilərlə "Taliban" radikal hərəkatının silahlıları arasında toqquşma baş verib.
Sfera.az xəbər verir ki, toqquşma nəticəsində azı 13 hərbçi və polisin həlak olduğu bildirilir. Həlak olanlardan 10 nəfərin polis, 3 nəfərin isə hərbçi olduğu qeyd edilir.
Bildirilir ki, silahlılar qəfildən polis və hərbi postlara hücum edib. Hücum nəticəsində 15 terrorçunun da məhv edildiyi bildirilir.






