Ermənilər Qazaxıstandan çıxarılır: Qazaxlar vaxt qoydu
Kateqoriya məlum deyil
Qazaxıstanda yaşayan ermənilər ölkədən çıxarılır.
Artıq iki gündür davam edən mitinq iştirakçıları hökumət qarşısında bu tələblə çıxış ediblər.
Sfera.az xəbər verir ki, Qazaxıstanın Qaraqanda şəhərində bir qrup erməninin 23 yaşlı qazax gənci qətlə yetirməsinə etiraz olaraq minlərlə insan küçələrə çıxıb. İki gündür davam edən etiraz aksiyasında ermənilərə ölkədən çıxmaq üçün 3 gün vaxt verilib.
Qətl Qaraqandadakı "Qədim Roma” restoranında baş verib. Bir qrup erməninin milli zəmində qazax gənci qətlə yetirməsindən hiddətlənən sakinlər sosial şəbəkələrdə ermənilərə qarşı qəzəbli çağırışlar ediblər və etirazlara səsləyiblər. Onlar baş vermiş hadisədə Qazaxıstandakı erməni diasporunu günahkar elan ediblər.






