Türk Hava Yolları qara görə uçuşları təxirə salır
Kateqoriya məlum deyil
Türkiyədə gözlənən qar və əlverişsiz hava şəraiti İstanbuldan uçuşların dayandırılmasına səbəb olub.
Türk Hava Yolları daxili və beynəlxalq uçuşların təxirə salındığını elan edib.
Qurum yaydığı açıqlamada 13 reysin dayandırıldığını qeyd edib: "Əlverişsiz havaya görə Odessa, Sofiya, Kişinyov, Xarkov, Malta, Saloniki, Dubrovnik, Belqrad, eləcə də Üsküp, Ordu-Giresun, Sinop, Antalya və Qaziantep uçuları ləğv edilib”.
Səfərlərin nə zaman bərpa ediləcəyi barədə heç bir məlumat verilməyib.





