Putinin şəkili olan ətirlər buraxıldı - Məsələyə Peskov aydınlıq gətirdi...
Moskvada üzərində Putinin əksi həkk olunmuş həm kişi, həm də qadınlar üçün ətirlər satışa çıxarılıb. İstehsalçılar Rusiya prezidentindən ilham aldıqlarını qeyd ediblər.
Ətirlərin şüşələrində Rusiya liderinin profili və ölkə gerbi təsvir olunub. Kişi ətrinə Number One, qadın versiyasına isə-Russian woman adı verilib. Sadə şüşənin qiyməti 10 min rubl, yəni 247 manat, hədiyyə qutusunda olan variantın qiyməti isə 19 min rubl, yəni 469 manatdır.
Satıcı-məsləhətçi mediaya bildirib ki, bu limitlə buraxılmış ətirlərdir.
Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısının adının kommersiya məqsədi ilə bu cür təqdim edilməsi heç kim tərəfindən bəyənilməyib.
Vladimir Putinin adı və obrazı tez-tez müxtəlif aksesuarlarda və əşyalarda istifadə olunur.moderator






