Logo

Ermənistanın əsas yolu bağlandı

Ermənistanın əsas yolu bağlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstan ilə Rusiya arasındakı "Kazbek-Yuxarı Lars” sərhəd-keçid məntəqəsinə gedən avtomobil magistralı yanvarın 6-da səhər saatlarında bağlanıb.

Bununla Ermənistanın Rusiya ilə əlaqələndirən əsas yol bağlanıb.

"Kazbek-Yuxarı Lars” sərhəd-keçid məntəqəsinə gedən avtomobil magistralının bağlanmasına səbəb qarın aramsız yağması və dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin yaranmasıdır.

Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamentindən bildiriblər ki, güclü qar səbəbindən Mtsxeta-Stepantsminda–Lars avtomagistralının Qudauri-Kobi hissəsində də avtomobillərin hərəkətinə qadağa qoyulub.

Bundan başqa, magistralın Mleta-Qudauri hissəsində də avtomobillərin dayanmasına icazə verilmir.

Yollarda Dövlət Yol Polisinin post-patrul xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Yolun nə vaxt açılacağı hələlik məlum deyil.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR