Logo

ABŞ-ın yeni kabusu - "Bütün bombaların anası" sınaqdan keçdi

ABŞ-ın yeni kabusu - "Bütün bombaların anası" sınaqdan keçdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çin Amerikanın ən böyük bombasının eynisini hazırladı

Çinin silah sənayesinin nəhənglərindən olan NORINCO yeni  hazırladığı bombanın görüntülərini yayıb. Havadan buraxılan ağır bomba ABŞ-ın nüvə olmayan ən böyük bombası "GBU-43/B"nin bənzəridir.

Çinlilər yeni silahlarını "Mother of All Bombs" (MOAB- bütün bombaların anası) adlandırıblar. Yerli kanallar "GBU-43/B"nin Çin versiyasının sınağının da uğurlu keçməsinə dair görüntülər paylaşıblar.

Görüntülərdə bomba "H-6K" bombardıman təyyarəsindən atılıb. Daha sonra güclü partlayış meydana gəlib. "Bombanın dağıdıcı gücü ilk dəfə ictimaiyyətə nümayiş edildi", deyə "Sinxua" agentliyinin yaydığı məlumatda bildirilir.

Xəbərlərdə yeni məhsulun nüvə silahlarından sonra ən böyük dağıdıcı potensiala malik olduğu bildirilir.

Çin istehsalı bombanın ağırlığı bir neçə tondur. Bunun üçün də "H-6K" bir uçuşda ancaq bir bomba daşıya bilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR