Logo

Boksçu bir zərbə ilə prezidentin mühafizəçisini öldürdü

Boksçu bir zərbə ilə prezidentin mühafizəçisini öldürdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna Dövlət Mühafizə İdarəsinin əməkdaşı qətlə yetirilib.

Hadisə yanvarın 2-də axşam saatlarında Kiyevin mərkəzində baş verib.

Dövlət Mühafizə İdarəsinin əməkdaşı yaşayış kompleksinin həyətində iki itlə gəzişən kişi ilə mübahisə edib. O, gözlənilmədən həmin kişi tərəfindən çənəsindən güclü zərbə alıb və yıxılıb.

Dövlət Mühafizə İdarəsinin 26 yaşlı əməkdaşı Vasili Xmelyuk hadisə yerində ölüb. Məlum olub ki, o, ölkənin birinci şəxslərinin mühafizəçisi imiş.

Mühafizəçini qətlə yetirən şəxsin isə ağır çəki dərəcəsində çıxış edən boksçu Pyotr Oçeretyanı olduğu müəyyən edilib. O, on ildən çoxdur Ukrayna Peşəkar Boks Liqasını təmsil edir.

Faktla bağlı cinayət işi açılıb, qətldə şübhəli bilinən P. Oçeretyanı artıq polisə təslim olub.Oxu.Az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR