Dünyanın ən yalançı prezidenti kimdir?-Foto
Kateqoriya məlum deyil
Dünyanın ən məşhur qəzeti "Washington Post” dünyanın ən yalançı liderinin kim olması haqqında araşdırma aparıb.
Sfera.az xəbər verir ki, qəzetin apardığı araşdırma zamanı ABŞ prezidenti Donald Trampın 2018-ci ilin ən yalançı prezidenti olduğu ortaya çıxıb. ABŞ prezidenti il ərzində 5611 yalan danışıb.
Bu isə gün ərzində təxminən 15 yalan deməkdir.
Trampın 2017-ci ildə 1989 yalan danışdığı məlum olub.






