Logo

“Arka sokaklar”ın “Rza baba”sı ilə bağlı maraqlı açıqlama — “Uşağı olmasını istəmədi”

“Arka sokaklar”ın “Rza baba”sı ilə bağlı maraqlı açıqlama — “Uşağı olmasını istəmədi”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Kanal D televiziyasında yayımlanan "Arka sokaklar” serialından "Rza baba” kimi tanınan Zəfər Erginin keçmiş həyat yoldaşı Mələk Baykal maraqlı açıqlamalar verib.

Sfera.az xəbər verir ki, cütlük 1975079-cu illərdə evli olub. Mələk Baykal 4 il davam edən evliliklərinin bitmə səbəbini açıqlayıb. Keçmiş ərindən 12 yaş balaca olan Mələk buna baxmayaraq Zəfəri çox sevdiyini deyib.

"Mən o zaman 19 yaşında idim. Uşaq istədim, amma Zəfər istəmirdi. Onsuz da evliliyimizi davam etdirə bilmədik. Bəlkə də səhv zamanda bir-birimizə rast gəlmişdik”, - deyə xanım bildirib.

Zəfər Ergindən sonra 1982-ci ildə Uorner Streininq adlı xarici vətəndaşla evlənən Mələk 34 il evli olduğu həyat yoldaşı ilə boşanmaq üzrə olduğunu açıqlamışdı. Zəfər Ergin isə həmkarı Binnaz Erginlə evlidir.

"Ölkə.Az”

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR