Logo

Turistlərin olduğu avtobus partladıldı

Turistlərin olduğu avtobus partladıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Misir paytaxtı Qahirə şəhərinin Əl-Qiza rayonundakı Əl-Mərutiyə küçəsində turistləri daşıyan avtobus keçdiyi yolda əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində partlayış törədilib.

Bu barədə Misir Daxili İşlər Nazirliyi məlumat verib.    Məlumata əsasən, 14 vyetnamlı turistin olduğu avtobusun partladılması nəticəsində 2 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb. Partlayış nəticəsində sürücü və bələdçinin də yaralandığı qeyd edilir.   Hadisə yerinə Misir hüquq-mühafizə oraqanları əməkdaşlarının gəldiyi və araşdırmaların başlandığı diqqətə çatdırılır.    Xatırladaq ki, Qiza rayonunda Misir piramidaları yerləşir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR