Qızını zəncirləyən ata həbs edildi-Foto

Qızını zəncirləyən ata həbs edildi-Foto
 Türkiyənin İstanbul şəhərində polislər dəhşətli bir cinayətin üstünü açıblar.
 
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin Sultanqazi bölgəsində bir kişi 18 yaşındakı qızını evdə zəncirləyirmiş. Qızının evdən çıxmasına mane olmaq üçün ata onu zəncirlə bağlayıb.
 
Polis mərkəzinə gələn telefon zəngindən sonra hüquq mühafizə əməkdaşları aşkarlayıblar ki, Zəkəriyə G. Adlı kişi bir ildir ki, qızı Xədicə G.-nı sol ayağından paltaryuyana bağlayıb. Polis 5 metrlik zənciri aça bilməyib. Gənc qız açarın atasında olduğunu deyib. Bundan sonra yaxınlıqdakı dəmirçinin yardımıyla qız zəncirdən qurtulub.
 
Gənc gızın bildirdiyinə görə əvvəllər bir neçə dəfə qaçıb dostlarının evində qalıb. Atası onun narkotik maddə istifadə etdiyindən şübhələnərək bu addımı atıb. Özü evdə olanda zəncirin qıfılını açır, çölə gedəndə isə bağlayırdı.
 
Əməliyyatlardan sonra ata Zəkəriyyə G. həbs olunub. Xədicə G. atasından şikayətçi olmasa da polis barəsində cinayət işi açıb. Gənc qız sığınma evinə yerləşdirilib. Qızını zəncirləyən ata əməlindən peşman olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR

İdman tarixini kökündən dəyişən atlet KİMDİR?

Bu gün sizə uğursuzluğundan asılı olmayaraq, yüzlərlə dəfə cəhd edib uğursuzluğa düçar olmuş və nəhayət öz metodunu tapan böyük bir idmançının hekayəsini təqdim...

Jurnalistlərimizin minaya düşərək şəhid olmasından 4 il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından dörd il ötür.   Sfera.a...

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...