Tramp: "İsrailə pul veririk, onlar da özlərini yaxşı qoruyurlar"
Kateqoriya məlum deyil
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Suriyadan çəkilməsinin İsrailə təsiri barədə danışıb.
Bu barədə "Haaretz" xəbər verib. Xəbərə görə, Tramp dünən İraq səfərindən qayıdarkən mətbuat nümayəndələrinə açıqlama verib. ABŞ-ın Suriyadan çəkilməsinin İsrailə təsiri ilə əlaqədar verilən suala "İsrailə hər il 4.5 milyard dollar veririk, İsrail özünü çox yaxşı qoruyur", - deyə D.Tramp cavab verib. Qeyd edək ki, ABŞ-ın Suriyadan hərbi qüvvələrini çıxarması barədə qəbul etdiyi qərar İsraildə narahatlıqla qarşılanmışdı.






