Paşinyan Putinlə razılığa gələ bilmədi: "Bu, bizim üçün həssas məsələdir"

Paşinyan Putinlə razılığa gələ bilmədi:
Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Moskvadan əliboş geri dönüb
Rusiya və Ermənistan qazın qiyməti məsələsində razılığa gələ bilməyib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Prezidenti ilə görüşdən sonra Yerevana qayıdan Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan öz "Facebook" səhifəsində məlumat verib.

O bildirib ki, bu məsələdə razılıq əldə olunmayıb: "Bununla bağlı müzakirələr davam edir. Təsdiq olundu ki, bu, ikitərəfli əlaqələr üçün olduqca həssas məsələdir və bunu həm Yerevanda, həm də Moskvada anlayırlar".

"Lakin ümumilikdə mən bu məsələdə optimist əhval ruhiyyədəyəm. Ümid edirəm ki, bu məsələ istədiyimiz məcrada cərəyan edəcək" - deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Ermənistanın "Jamanak" qəzeti daha əvvəl Rusiyanın Ermənistana satdığı qazın qiymətinin 2019-cui il yanvarın 1-dən artıracağı barədə məlumat yayıb. "Rusiya ilə qaz tarifi barədə müqavilə 2018-ci il dekabrın 31-də başa çatır. Bizdə olan məlumata görə, Rusiya qazın qiymətini artıracaq və buna görə istehlakçılar daha çox pul ödəməli olacaqlar" - deyə məlumatda bildirilib.

Xatırladaq ki, hazırda Rusiya Ermənistana qazın hər min kub metrini 150 dollara satır.sputnik.az


OXŞAR XƏBƏRLƏR

Jurnalistlərimizin minaya düşərək şəhid olmasından 4 il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından dörd il ötür.   Sfera.a...

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...