İsrail Suriyada müharibəyə hazırlaşır: Rusiya qəzetindən şok iddia

Dünya
12:41 / 27.12.2018
2274
Rusiyanın "Nezavisimaya gazeta" mətbu orqanı şok iddia yayıb.
Sfera.az xəbər verir ki, qəzetin iddiasına görə İsrail Suriyada aktiv hərbi əməliyyatlara qoşulur. Qəzetin iddiasına görə ABŞ Suriyadan çəkilmə qərarını verdikdən sonra İsrail bölgədə ABŞ-ın maraqlarını müdafiə edəcək.
"ABŞ-ın Suriyadan Livanda və ya Suriyadakı geniş miqyaslı bir qarşıdurma ehtimalını artırır." -deyən sabiq Müdafiə naziri Aviqdor Lieberman İsrailin vəziyyətdən istifadə etməli olduğunu deyib. Qəzet iddia edir ki, İsrailin bu savaşa qoşulması III Dünya müharibəsinin başlanmasına səbəb ola bilər. Belə ki, İran və Türkiyənin İsraillə münasibətlərinin kəskin olduğunu qeyd edən nəşr İsrailin ABŞ-ın xeyir-duası ilə bölgəyə qoşun yeritdiyini iddia edir.