Prezident fərari çıxdı-Foto

Dünya
12:36 / 27.12.2018
2357
ABŞ Prezidenti Donald Tramp haqqında şok iddia mətbuatda yer alıb. Sfera.az xəbər verir ki, ABŞ prezidenti Donalda Trampın hərbi xidmətdən yayınması haqqında mətbuat maraqlı detalları açıqlayıb.
Prezidentin atası Fred Trampın icarəçisi olan bir həkimlə razılaşaraq, övladında sümük xəstəliyi olduğuna dair arayış aldığı, Trampın beləliklə, Vyetnam Müharibəsinə getmədiyini iddia edilib. Bu barədə "New York Times" qəzeti Nyu-Yorkda Fred Trampın icarəçisi da olan ayaq xəstəlikləri eksperti Larri Braunşteynin iki qızı Elsa Braunşteyn və Şaron Kessela əsaslanaraq, xəbər hazırlayıb. Donald Tramp sözügedən arayışla 1968-ci ilin payızında, 1955-1975-ci illərdə baş vermiş Vyetnam Müharibəsinə əsgər kimi getməkdən xilas olub.
Xəbərdə Braunşteyn bacıların dediklərini dəstəkləyən hər hansı bir sənəd əldə olunmadığı da qeyd edilib. ABŞ Prezidenti Tramp aldığı bu arayışla Vyetnam Müharibəsinə getmədiyi üçün tez-tez tənqidlərin hədəfi olur. Tramp o vaxt həm ayaq sümüyü çıxıntısı diaqnozu, həm də təhsilinə görə müharibəyə getməmişdi.