Rusiyadan Ermənistana ağır zərbə:Məhsul göndərə bilməyəcəklər

Dünya
08:34 / 27.12.2018
3019
Bu gün Rusiya prezidenti Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın Moskvada görüşəcəyi bildirilir.
Sfera.az xəbər verir ki, görüş ərəfəsində Rusiyadan ermənilərə daha ağır bir zərbə vurulub. Kənd təsərrüfatı məhsullarını Rusiyaya göndərən erməni şirkətlərinə qadağa qoyulub.
Moskvaya kənd təsərrüfatı məhsulları göndərən ən böyük iki erməıni şirkətinin lisensiyası ləğv edilib və onların Rusiyaya mal göndərməsinə qadağa qoyulub. Qeyd edək ki, lisenziyası ləğv edilən iki şirkət ümumilikdə bütün Rusiyaya gedən məhsullara nəzarət edirdi. Qərarı Rusiya tərəfi məhsulların tərkibində mikroelementlər aşkar edilıməsi ilə izah edib. Qərar 30 dekabrdan qüvvəyə minəcək. Qeyd edək ki, bu qadağaya görə 2 Qazaxıstan şirkətinin lisenziyası ləğv edilib.