Misir prezidenti əhalini arıqlamağa çağırıb

Misir prezidenti əhalini arıqlamağa çağırıb
Misir prezidenti əhalini arıqlamağa çağırıb.
 
Dövlət başçısı Əbdülfəttah Sisinin bu açıqlaması əhalidə kök adamların tutulub həbsə atılacağıyla bağlı zarafatlara yol açıb. Misirdə ölkə boyu boy və çəki ölçmə kampaniyası nəticəsində əhalinin 75%-nin kök olduğu məlum olub. Bu məlumatlardan sonra Sisi qatıldığı bir televiziya verilişində bunları deyib:
 
"Hara gedirəm kök adamları görürəm. Bu insanlar kimdilər, niyə özlərinə baxmırlar deyə düşünürəm. Bu vəziyyətdə necə hərəkət edə bilirlər axı?”.
 
Prezident bunları dedikdən sonra insanlara nümunə olmağa qərar verib. Səhər tezdən velosipedlə paytaxt Qahirənin küçələrində gəzintilərə başlayıb. Hərbi məktəbə baş çəkən Sisi deyib ki, müəyyən bədən kriteriyalarına cavab verməyən tələbələr məzun ola bilməyəcəklər. Bundan sonra prezident Təhsil Nazirliyinə göstəriş verib ki, bədən tərbiyəsi bütün dərs kitablarına salınsın. Televiziya kanallarında artıq çəkili aparıcıların efirə buraxılmaması barədə göstəriş verilib. Təhsil naziri də şagirdlərə və tələbələrə metroda iki stansiya əvvəl düşüb piyada getmələrini tövsiyə edib.
 
Misirin 98 milyon əhalisinin 30%-i yoxsulluq həddinin altıda yaşayır. Buna baxmayaraq hər 3 nəfərdən biri kökdür. Vaşinqton universitetinin araşdırmasına görə bu dünyada ən yüksək nəticə sayılır.
 
 
Sfera.az











 

OXŞAR XƏBƏRLƏR

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir - FOTO

Mançesterdə yaşayan 29 yaşlı Karmen Davies nadir rastlanan genetik xəstəlik səbəbindən çətin həyat keçirir. Trimetilaminuriya (TMAU) adlanan bu pozğunluq onun b...

Oğlunun dəbdəbəli xərcləri baş naziri vəzifəsindən etdi - TƏFƏRRÜAT

Monqolustanın baş naziri oğluna görə istefa verib. Luvsannamsrain Oyun-Erdene oğlu ilə bağlı xəbərlərdən sonra qalmaqalın mərkəzində olub. Baş nazirin istefasın...